UEFA "Real" və "Barselona"ya qarşı iş açdı

UEFA "Real" və "Barselona"ya qarşı iş açdı
XƏBƏR 28 Aprel 2011 / 23:01 2168
-  A +

UEFA "Real" və "Barselona" klubları arasında aprelin 27-də keçirilmiş Çempionlar Liqasının ilk yarımfinal matçında baş verənlərlə əlaqədar intizam işi açıb. Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, araşdırma predmetləri hər iki komanda ilə bağlıdır.

"Real"la əlaqədar məsələlər meydançaya kənar əşyaların atılması, meydançaya icazəsiz soxulma, Pepeyə göstərilən qırmızı vərəqə, Joze Mourinyonun texniki zonadan kənarlaşdırılması, habelə Mourinyonun oyundan sonra mətbuata dedikləridir. "Barselona"ya dair işə isə ehtiyat qapıçı Xose Pintoya göstərilmiş qırmızı vərəqə daxildir.

UEFA Nizam-İntizam Komitəsi hər iki klubla bağlı məsələlərə mayın 6-da baxacaq.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır