Azərbaycanın 16 yaşlı futbolçulardan ibarət milli komandası İtaliyada turnirdə iştirak edib. Qol.Az-ın məlumatına görə, turnirə İtaliyanın aparıcı futbol komandaları, həmçinin Ukraynanın "Şaxtyor" klubunun yeniyetmələrdən ibarət komandası da qatılıb.
Azərbaycan milli komandasını tanınmış klublara qarşı meydana "İnter"in yetirməsi Mansur Nahəvəndi çıxarıb. Yeniyetmə futbolçu klubun rəsmi saytına müsahibəsində turnir barədə təəssüratlarını bölüşüb.
-Azərbaycan milli komandası İtaliyada keçirilən turnirdə iştirak etdi. Turnir necə keçdi?
-İtaliyaya aprelin 11-də yollandıq və turnirə hazırlıq çərçivəsində Veronada 2 yoldaşlıq matçı keçirdik. Sonra turnirin keçirildiyi Florensiya şəhərinə yollandıq. 6 iştirakçı komanda 2 qrupa ayrıldı. Öz qrupumuzda qalib gəlməyi bacardıq və finalda “Roma” komandası ilə qarşılaşdıq.
Qalib gəlməyi çox istəyirdik, lakin rəqib güclü oldu və nəticədə romalılar 3:0 hesabı ilə qalib gəldilər. Beləliklə, biz turnirin gümüş mükafatına layiq görüldük. Bizim belə, güclü turnirdə çıxışımızı müsbət qiymətləndirirəm. Uşaqlar çox çalışdılar və sonadək oynadılar.
-Rəqiblərdən hansı komandanı fərqləndirərdin?
-Finalda qarşılaşdığımız "Roma" komandasını qeyd etmək istərdim. Bir də ki, onlar yaşca bizdən böyük idilər. Meydan sahibi olan "Polisportivo" komandası da maraqlı rəqib idi. Çox xoşdur ki, biz bu komandanı 3:1 hesabı ilə məğlub etdik.
-Turnir necə təşkil olunmuşdu?
-Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Orada iştirak etmək bizim üçün böyük təcrübə oldu. Mən əvvəllər də müxtəlif yaş kateqoriyalarında Azərbaycanın milli komandalarına çağrılmışam və təlim-məşq toplanışlarında iştirak etmişəm, müxtəlif yarışlara qatılmışam. Lakin bir çox futbolçu üçün bu turnir əhəmiyyətli oldu və uğurlu çıxış və finala vəsiqə qazanmaq bizə əlavə inam verdi, biz gücümüzə inandıq və yeni emosiya və yeni stimul aldıq.
-Bundan başqa sən komandanın kapitanısan. Nəyə görə kapitan sarğısını məhz sənə etibar ediblər? Meydanda kapitan olmağı bacarmaq çətin deyil ki?
-Mən U-16 komandasının liderlərindən və ən təcrübəli futbolçularından biriyəm, məni hətta U-17- komandasına da dəvət etmişdilər. Buna görə də, kapitan sarğısını mənə etibar ediblər. Bundan başqa, almaniyalı baş məşqçimiz Nikolay Adam mənə çox etibar edir və mənə böyük ümidlərlə baxır.
Kapitan olmaq üçün liderlik keyfiyyətlərinə malik olmaq vacibdir, komanda yoldaşlarını gümrahlaşdırmağı bacarmaq, lazım olanda hansısa məsləhət vermək lazımdır. Düşünürəm ki, məndə pis alınmır. Milli komandanın kapitanı olmaq mənim üçün böyük şərəfdir!
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”