Braziliyalı ulduz sabiq komandasına qayıtdı

Braziliyalı ulduz sabiq komandasına qayıtdı
XƏBƏR 28 Aprel 2011 / 16:04 1863
-  A +

Brazliyalı futbolçu Juninyo Pernambukano 1994-2001-ci illərdə çıxış etdiyi “Vasku da Qama” klubu ilə müqavilə bağlayıb.

Qol.Az-ın “L Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, 36 yaşlı oyunçunun aylıq əmək haqqı 260 avro təşkil edəcək.

Uzun müddət Fransanın “Lion” komandasında çıxış etmiş Juninyo “Vasku da Qama”ya qazanc xatirinə keçmədiyini bildirib. O, köhnə-yeni klubuna maksimum xeyir vermək istədiyini söyləyib: “Uğurlu çıxış qarşılığında bütün komandaya nəzərə çarpacaq bonuslar nəzərdə tutulub. Lakin bu da əsas deyil. “Vasku” forması ilə meydançaya çıxacağım günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Juninyo Pernambukanonun müqaviləsi iyundan qüvvəyə minəcək.

 

 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır