"Barselona" Mourinyodan UEFA-ya şikayət edəcək

"Barselona" Mourinyodan UEFA-ya şikayət edəcək
XƏBƏR 28 Aprel 2011 / 14:50 2132
-  A +

İspaniyanın “Barselona” futbol klubu “Real Madrid”in baş məşqçisi Joze Mourinyodan UEFA İntizam Komitəsinə şikayət edəcək.

Qol.Az-ın məlumatına görə, buna “kral klubu”nun baş məşqçisi Joze Mourinyonun Çempionlar Liqasının ilk yarımfinal matçından sonra Kataloniya komandasının ünvanına səsləndirdiyi fikirlər səbəb olub.

Mətbuat konfransında Mourinyo bildirib ki, İspaniya Futbol Federasiyasının prezidenti Anxel Vilyarın UEFA-ya və “Barselona”nın rəsmi tərəfdaşı UNİCEF-ə təsiri qeyri-obyektiv hakimliyə səbəb ola bilər. Portuqaliyalı mütəxəssis 2009-cu ildə İngiltərənin “Çelsi” komandasına rəhbərlik etdiyi vaxt da “Barsa”nın hakimlərin köməyilə yarımfinala yüksəldiyini xatırladıb.

Qeyd edək ki, aprelin 27-də keçirilmiş görüşdə “Real Madrid” öz meydançasında “Barselona”ya uduzub – 0:2. Hər iki qolu Lionel Messi vurub. “Kral klubu” azlıqda qaldıqdan sonra argentinalı futbolçu qollarını sıralayıb. 61-ci dəqiqədə Pepe Dani Alveşə qarşı kobud oyuna görə meydançadan qovulub.


 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır