"Xəzər Lənkəran" azarkeşləri stadionda əsl Avropa ab-havası yaratmışdılar"

"Xəzər Lənkəran" azarkeşləri stadionda əsl Avropa ab-havası yaratmışdılar"
XƏBƏR 27 Aprel 2011 / 23:23 2813
-  A +

“İlk növbədə azarkeşlərimizə təşəkkürümü bildirirəm, bizi sonadək dəstəklədilər". Qol.Az-ın məlumatına görə, bunu “Xəzər Lənkəran” klubunun məşqçisi Mihai Teja "Bakı"nı 1:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşündən sonra deyib. 

Rumıniyalı mütəxəssisin fikrincə, fanatlar stadionda əsl Avropa ab-havası yaradıblar. Teja "Xəzər Lənkəran"ın oyunundan və nəticədən razılığını da bildirib: "Qoldan sonra daha bir neçə dəfə fərqlənə bilərdik. İkinci qol işimizi daha da asanlaşdırardı. Komandamın oyunundan və nitəcədən razı qaldım”.

Qeyd edək ki, baş məşqçi Mirça Rednik cəzalı olduğundan, texniki zonaya buraxılmayıb.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır