Aleksandr Starkov: "Komandamdan razıyam"

Aleksandr Starkov: "Komandamdan razıyam"
XƏBƏR 27 Aprel 2011 / 23:16 2140
-  A +

“Çox maraqlı oyunun şahidi olduq. “Xəzər Lənkəran”dan bu cür oyun gözləyirdik". Qol.Az-ın məlumatına görə, bunu "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov deyib.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Xəzər Lənkəran"a 0:1 hesablı səfər məğlubiyyətinə baxmayaraq, latviyalı mütəxəssis komandasından razılıq ifadə edib: "İlk hissədə oyunumuz alınmadı, lakin ikinci hissədə daha yaxşı oynadıq. Bir neçə qol imkanı yaratdıq. Komandamdan razıyam. Kubok oyunlarında cütün taleyinin cavab oyununda həll olunacağını düşünürəm”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner