Bundesliqa klubunda yeni baş məşqçi

Bundesliqa klubunda yeni baş məşqçi
DÜNYA FUTBOLU 30 Dekabr 2024 / 22:30 1821
-  A +

Almaniyanın “Union” klubunun yeni baş məşqçisi bəlli olub. 

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Şteffen Baumqart çalışdıracaq.

Almaniyalı mütəxəssislə imzalanan müqavilənin müddəti hələlik açıqlanmayıb. O, işinə yanvarın 2-də başlayacaq.

52 yaşlı mütəxəssis son olaraq "Hamburq"u çalışdırıb.

Qeyd edək ki, "Union" 15 turdan sonra 17 xalla Bundesliqada 12-ci pillədə qərarlaşıb. 


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner