Nazim Süleymanov: "Gərək futbolçu yıxılsın-ölsün, ondan sonra penalti təyin edələr?!"

Nazim Süleymanov: "Gərək futbolçu yıxılsın-ölsün, ondan sonra penalti təyin edələr?!"
XƏBƏR 27 Aprel 2011 / 20:43 2401
-  A +

Bu gün Azərbaycan kubokunun ilk yarımfinal görüşündə "İnter" klubu öz meydanında AZAL-ı qəbul edib. Qol.Az-ın məlumatına görə, AZAL klubunun baş məşqçisi Nazim Süleymanov 0:0 hesabı ilə başa çatan görüşdən sonra bunları deyib:

"Çox maraqlı oyun alındı. Çünki bu kubok oyunu idi. Burada 2 oyun olur ki, bu da Premyer Liqadan fərqlənir. Nəticəni komanda üçün qənaətbəxş hesab etmək olar. İlk hissədə "İnter" üstün oyun sərgilədi. Bu da bir taktiki gediş idi. İkinci hissədə isə qol epizodlarımız olsa da, ancaq bundan istifadə edə bilmədik. Hakimliyi isə özünüz də gördünüz.

Artıq məşqçilərin hakimlərdən danışmağı bəsdir. İndi isə siz jurnalistlər bunu açıq-aşkar qabardın. Gərək oyunçu yıxılıb-ölsün ondan sonra penalti versinlər? Buna rəğmən "İnter"ə uğurlar arzulayıram. Oyunçularımdan razı qaldım".

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır