Rəşad Sadıqov yenidən Türkiyəyə yollandı

XƏBƏR 27 Aprel 2011 / 18:21 2542
-  A +

Premyer Liqanın 29-cu turunda "Bakı" ilə qarşılaşacaq "Qarabağ" oyunöncəsi ciddi itki ilə üzləşib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın müdafiəçisi Rəşad Sadıqovun topuğunda kəskin ağrılar yaranıb. Bununla əlaqədar olaraq 28 yaşlı müdafiəçi artıq müayinə olunmaq üçün Türkiyəyə yola düşüb.

Daha öncələr aldığı köhnə zədənin yenidən özünü göstərməsi Rəşadı belə addım atmağa vadar edib. Qardaş ölkədə müayinə olunacaq Sadıqovun durumuna İstanbulda aydınlıq gələcək. Bu səbəbdən müdafiəçinin "Bakı" ilə oyunda iştirakı sual altındadır.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır