Daha bir türk futbolçu Dortmund "Borussiya"sında

Daha bir türk futbolçu Dortmund "Borussiya"sında
XƏBƏR 27 Aprel 2011 / 15:23 2489
-  A +

Almaniya Bundesliqasının lideri "Borussiya" (Dortmund) klubu daha bir türk futbolçu ilə anlaşıb. Qol.Az-ın məlumatına görə, Dortmund təmsilçisinin "Nürnberq"in türk əsilli futbolçusu İlkay Gündoğanla anlaşdığı bildirilir.

Almaniya mətbuatı İlkayın mövsümün sonunda "Borussiya "ilə 4 illik müqavilə imzalayacağı haqda xəbərlər yayıb. İlkayın transferinə isə həftəsonu keçiriləcək Bundesliqa oyunlarından sonra aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, daha öncə "Hamburq"dan gələn təklifi rədd edən İlkayın "Borussiya"da ilinə 1,5 milyon avro qazanacağı bildirilir.  


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır