Maradona üçün yeni iş yeri

Maradona üçün yeni iş yeri
XƏBƏR 27 Aprel 2011 / 13:27 2183
-  A +

Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona Buenos-Ayresin “San-Lorenso” komandasına rəhbərlik edə bilər.

Qol.Az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, əvvəlki baş məşqçi Ramon Anxel Dias aprelin 24-də “Tiqre”yə 0:1 hesablı məğlubiyyətdən sonra istefa verib.

Klub prezidenti Karlos Abdo Maradonanın nümayəndələrinin onunla əlaqə saxladıqlarını açıqlayıb. Digər namizədlər isə Alfio Basile və Marselo Byelsadır.

Qeyd edək ki, Dieqo Maradona 2010-cu il dünya çempionatının 1/4 finalında Almaniyaya 0:4 məğlubiyyətdən sonra Argentina millisindən istefa verib. “San-Lorenso” 11 qat ölkə çempionu olsa da, sonuncu dəfə 2007-ci ildə qızıl medal qazanıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır