Coko Haciyevski: "Cavab oyunu üçün böyük üstünlük qazandıq"

XƏBƏR 25 Fevral 2009 / 20:30 2561
-  A +

"İlk hissədə bəxtimizin gətirdiyini etiraf edirəm. Çünki rəqib bir neçə dəfə hesabı açmaq üçün real qol şansı yaxalamışdı". Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən "Xəzər-Lənkəran"la oyunsonrası mətbuat konfransında "Bakı"nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis çempionluqla yanaşı kuboku da qazanmağa çalışdıqlarını bildirib: "Çox çətin səfər oyunundan qələbə ilə döndüyümüz üçün sevinirəm. Həqiqətən də bugünkü oyun çətin keçdi. Rəqibin güclü heyəti, eyni zamanda  möhtəşəm azarkeşləri var. Bununla belə qələbə qazanmaqla, gücümüzü göstərdik. Cavab oyunu üçün böyük üstünlük qazandıq".  

Son xəbərlər