“Qəbələ” klubunun ötən mövsümün yekununa əsasən, Misli Premyer Liqasını tərk etməsi bu klubun maliyyə dayaqlarına da təsirini göstərdi. “Qəbələ” 1-ci liqaya düşməklə SOCAR-ın kluba ayırdığı 3 milyon manatdan da məhrum oldu.
Lakin çox keçmədən AFFA tərəfindən bölgə təmsilçisinə xoş xəbər verildi. Daha doğrusu, klubun çətinliyini müvəqqəti aradan qaldıracaq qərar. AFFA İcraiyyə Komitəsinin bu ilin 3 iyununda keçirilən iclasında elan olundu ki, federasiya “Qəbələ” İdman Klubuna dəstək olacaq.
Həmin gün yayılan rəsmi məlumatda bildirilib: “İclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb.
Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub”.

Amma həmin qərarın verilməsindən 6 aydan çox keçməsinə baxmayaraq, rəsmi olaraq, ayrılmalı olan pul “Qəbələ” klubuna ödənilməyib. Qəribədir, AFFA milli komandaya Portuqaliyadan mütəxəssislər gətirir, onlarla milyonlarla pul ödəyir, amma nəyə görəsə Azərbaycanda 1 nömrəli infrastuktura malik və ölkədə uşaq futbolunun inkişafı üçün böyük işlər görmüş hazırda ciddi maddi problemləri olan klubun pulunu ləngidir, ya da vermək istəmir. Fernandu Santuşun pulu ləngidilsə idi, bu dəqiqə AFFA-dan FİFA-ya şikayət şikayətin dalınca idi. Elə isə azərbaycanlı balalarının - uşaq futbolunun saxlanmasına yönələcək olan, amma aylardır yolunu gözləyən bu 700 min manat hansı müəmmalı səbəblərdən ləngiyir?
QOL.az saytı bu suala AFFA-nın özündən cavab tapmağa çalışıb. Qurum verdiyi cavabla pulun ödənilmədiyini etiraf edib, amma səbəbləri və mailyyənin nə vaxt köçürüləcəyi haqda qəti cavab verməyib.
Saytımızın sorğusuna verilən yazılı cavabda AFFA-nın mətbuat xidməti bildirib:
“AFFA İcraiyyə Komitəsinin "Qəbələ" İdman Klubuna Akademiya və infrastrukturun saxlanılması məqsədi ilə bir il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması barədə qərarı var. “Qəbələ” İdman Klubuna 2024-2025-ci illər mövsümü ərzində həmin məbləğin ödənilməsi nəzərdə tutulub. Bundan başqa, “Qəbələ” İdman klubuna dəstək məqsədi ilə il ərzində müxtəlif yaş qrupları üzrə Azərbycan milli komandalarının Qəbələdə təlim-məşq toplanışları və yoxlama oyunları da keçirilib”.
Bəli, göründüyü kimi, cavabda pul nə vaxt köçəcək, niyə ləngiyir kimi, suallara cavab yoxdur. Amma ümid edək ki, gec də olsa, federasiyanın yeni rəhbərliyi özündə kiçik bir mənəvi təpər - azərbaycanlıllq taparaq tezliklə bu kluba və azərbaycanlı uşaqlara vəd etdiyi sözün, verdiyi qərarın arxasında duracaq.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"
Ülvi Babayev gələcək hədəflərini açıqladı
“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya qayıdır
"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən qələbə
“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu
PFL-in direktoru Çempionlar Liqasının oyununda
“Liverpul”dan Konate üçün son addım
Millimizin seçmə mərhələdəki oyunlarının təqvimi
Beş futbolçu Türkiyə millisinə kömək edə bilməyəcək
Superliqa tarixinin ən bahalı transferi ola bilər
Haaland Avropa rekordunu yenilədi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı