İnyesta "Real"a qarşı oynamayacaq

İnyesta "Real"a qarşı oynamayacaq
XƏBƏR 27 Aprel 2011 / 00:06 2546
-  A +

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Andres İnyesta bu gün keçiriləcək Çempionlar Liqasının yarımfinal matçında "Real"a qarşı forma geyməyəcək. Qol.Az-ın məlumatına görə, bu barədə Kataloniya komandasının baş məşqçisi Xosep Qvardiola bildirib.

İnyesta oyun öncəsi "Santyaqo Bernabeu" stadionunda baş tutan məşqdə cəmi 10 dəqiqə iştirak edib. Sonra isə o, meydançanı tərk edib və paltardəyişmə otağına yollanıb. Qvardiola İnyestanın mayın 3-də keçiriləcək cavab görüşünə hazır olacağına ümid edir.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır