"Çelsi"nin müdafiəçisi Joze Mourinyonun hədəfində

"Çelsi"nin müdafiəçisi Joze Mourinyonun hədəfində
XƏBƏR 26 Aprel 2011 / 19:11 2527
-  A +

"Çelsi"nin ingiltərəli müdafiəçisi Con Teri karyerasını "Real" (Madrid) klubunda davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, "Real"ın baş məşqçisi Joze Mourinyo keçmiş yetirməsini yenidən komandasında görmək istəyir.

Daha doğrusu, Mourinyo Terini yenidən Rikardo Karvalyo ilə bir araya gətirməyi planlaşdırır. Mourinyonun "Çelsi"də işlədiyi dönəmdə əla çıxış edən Terini gələn möbsüm "Real"a gətirmək istədiyi bildirilir. Terinin də bu təklifi müsbət qarşıladığı söylənilir.

Qeyd edək ki, Teri 1998-ci ildən "Çelsi"nin şərəfini qoruyur.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır