Premyer Liqanın ötən turunda uğursuz seriyaya son qoyan “Xəzər Lənkəran” bundan cəmi dörd gün sonra yenə doğma arenada vacib oyuna çıxacaq. Qol.Az-ın məlumatına görə, bu dəfə lənkəranlıların diqqəti Azərbaycan Kubokuna yönələcək.
Kubok mübarizəsinin nə qədər ciddi olduğunu anlamaq üçün çempionatın turnir cədvəlinə diqqət yetirmək lazımdır. Hal-hazırda ikinci pillədə qərarlaşmış “Xəzər Lənkəran” çempionluq uğrunda mübarizə aparsa da, sona dörd tur qalmış xal fərqi 8 təşkil edir. Bu səbəbdən mövsümü titulla bitirmək baxımından kubokun çox böyük vacibliyi var.
“Bakı” üçün də kubokun əhəmiyyəti az deyil. "Xəzər Lənkəran"dan fərqli olaraq paytaxt klubunun bu mövsümlük medal şansları qalmayıb. Ona görə bu yarışa istər titul baxımından, istər avrokuboklar baxımından “Bakı” böyük ümidlər bəsləyir.
“Xəzər Lənkəran” bu qarşılaşmaya qədər 1 birinci divizon təmsilçisini və 1 premyer-liqa təmsilçisini kubok uğrunda mübarizədən kənarlaşdırıb. 1/8 final mərhələsində Lənkəranda “MKT-Araz” 3:1 hesabı ilə məğlub edilmişdi. Bundan sonra isə 1/4 finalda “Neftçi”ni iki oyunun nəticəsinə görə 5:4 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” adını yarımfinala yazdırdı.
“Bakı”nın isə gəldiyi yol nisbətən çətin alınıb. 1/8 finalda öz meydanında “Muğan”la əsas vaxtda 1:1 hesablı heç-heçə edən "zolaqlılar", penalti seriyasında üstün olaraq növbəti mərhələyə adlayıb. 1/4 finalda isə paytaxt klubu “Qəbələ” ilə üz-üzə gəlib və iki oyuna bir cavabsız qolla yarımfinala adlayıb.
Bu mövsüm “Xəzər Lənkəran” tarixi ərzində altıncı kubok yarımfinalına çıxacaq. Bu isə o deməkdir ki, komanda yarandığı gündən yalnız bir mövsümdə bu yarışın 1/2 finalına çıxa bilməyib. Həmin yeganə 2008/2009 mövsümündə məhz “Bakı” son dəqiqə qolu ilə “Xəzər Lənkəran”ı 1/4 final mərhələsində dayandırmışdı.
Buna qədər oynadığı 5 kubok yarımfinalında 3 dəfə “Xəzər Lənkəran” finala adlaya bilib, iki halda isə kuboka sahib olub. 2004/2005 mövsümündə “İnter”ə, 2005/2006 mövsümündə “Karvan”a bu etapda məğlub olan komanda, 2006/2007 mövsümündə “İnteri”, 2007/2008 mövsümündə “Qəbələ”ni, ötən mövsüm isə “Olimpik-Şüvəlan”ı (indiki AZAL) kubokdan çıxarıb.
“Xəzər Lənkəran” 3 dəfə Azərbaycan kubokunda “Bakı” ilə üz-üzə gəlib. İlk görüş 2006/2007 mövsümündə 1/4 final mərhələsində baş tutub. “Qızıl dubl”a gədən yolda "Xəzər Lənkəran" rəqibini iki oyunun cəmində 2:1 hesabı ilə üstələmişdi. İkinci oyun yuxarıda qeyd olunan 2008/2009 mövsümündə baş tutub və bu dəfə 1/4 finalda “Bakı” qalib gəlib.
Nəhayət, ötən mövsüm, Azərbaycan kubokunun finalında bu komandalar növbəti dəfə üz-üzə gəliblər. Əsas vaxt 0:0 hesabı ilə bitdiyi halda, oyun əlavə vaxta getdi və burada “Bakı”nın vurduğu iki qola “Xəzər Lənkəran” Elvin Beqirinin qolu ilə cavab verdi. O final qarşılaşmasında ən yaddaqalan və mübahisələr doğuran məqam isə “Bakı”nın “Fair Play” borcunu yerinə yetirərkən vurduğu qol oldu. “Bakı”nın ötən çempionatın son turunda “Xəzər Lənkəran”ı məğlub etməsi də azarkeşlərin yaxşı yadındadır.
Qeyd edək ki, Azərbaycan kubokunun ilk yarımfinal mərhələsinin "Xəzər Lənkəran" - "Bakı" görüşü sabah saat 18:30-da başlayacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”