“Qarabağ” Futbol Klubunun direktoru Emrah Çelikel “beIN SPORTS” kanalının (Türkiyə) saytına müsahibə verib.
QOL.az xəbər verir ki, o, müsahibədə klubla bağlı gündəmdə olan sualları cavablandırıb.
- Ötən mövsüm UEFA Avropa Liqasında fırtına kimi əsən “Qarabağ” bu mövsüm istədiyi kimi çıxış etmir. Bu problemin səbəbini nədə görürsünüz?
- Avropa Liqasındakı gedişatı biz də analiz edir və durumu anlamağa çalışırıq. Bunu liqanın yeni formatı ilə əlaqələndiririk. Ötən illər daha çox özümüzə uyğun rəqiblərlə qarşılaşardıq. İndi ilk 24-lüyə düşmək üçün 2 matçımız qalıb. Əlimizdən gələni edəcəyik.
- Azərbaycan Premyer Liqasında son 10 ildə çempionluğu əldən vermirsiniz (“Neftçi”nin 2021-ci ildəki çempionluğu xaric - QOL.az). Bu durumdakı rəqabətsizlik Avropa arenasındakı çıxışınıza mane olurmu?
- Açığı, Avropa arenasında yarışan komandalar yerli liqalarda böyük rəqabət içindədirlər. Azərbaycan liqasında çox güclü rəqabət olmadığına görə komandamız hardasa indiki gücünün üstünə əlavə güc gətirə bilmir. Biz də rəqabəti çox istəyirik. Nəticə dəyişmir. Son 10 ildə yalnız 1 dəfə 2-ci olmuşuq. Bunlar bizi uğura əsla doydurmur.
- Başda Türkiyənin komandaları olmaqla bir neçə Avropa klubunun baş məşqçiniz Qurban Qurbanovu heyətində görmək istədiyi bildirilirdi. Bu iddialar həqiqəti əks etdirirmi?
- Türkiyədə komandalar məşqçimizlə danışıqlar aparmaq istədi, amma o, “Qarabağ”ı qoyub getmək istəmədi. “Qarabağ”ın güclü mənəvi ruhu var. Hocamız da Vətəninə, bayrağına bağlı bir şəxsdir. 2008-ci ildən onunla çalışırıq. Əsla getmək kimi bir məsələ olmayıb. Bizim də sonradan eşitdiyimiz kimi, Avropa klubları onunla danışıqlar aparmaq istəyib. Amma məşqçimiz onlara da qəti cavab verib.
- “Sevilya”nın futbolçunuz Juninyonu 2 milyon avroya transfer etmək istəməsi haqda xəbərlərlə bağlı nə deyə bilərsiniz?
- Rəqəmlərlə bağlı fikir bildirməyəcəm. Amma “Sevilya”dan rəsmi təklif var. Təklif bu həftə göndərilib. Danışığımız olub. Amma ilk mərhələdə razılaşmadıq. Danışıqların davam edəcəyini düşünürük.
- Bəs, braziliyalı hücumçu üçün Türkiyə superliqasından təklif olubmu?
- Juninyo burada xoşbəxtdir. Daim inkişaf edir. “Sevilya”nın niyyəti ciddidirsə, bizim də öz vəziyyətimizə nəzər salmaq lazımdır. Qış fasiləsində Juninyo kimi futbolçu tapa bilmərik. Azərbaycan Liqasından kiminsə orada oynamasını istərdik. Amma “Qarabağ”ın da durumunu unutmamalıyıq. Juninyonun adı Türkiyə klubları ilə hallanmışdı. Bəlkə də futbolçunun özü və meneceri ilə danışıq olub. Amma ilk rəsmi təklif “Sevilya”dan gəldi.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı