Azarkeşləri "Xəzər Lənkəran"ı yenə ziyana saldı

XƏBƏR 26 Aprel 2011 / 14:06 1898
-  A +

AFFA-nın İntiizam Komitəsi "Xəzər Lənkəran" klubunu yenə cərimələyib.

Qol.Az-ın məlumatına görə, İntizam Komitəsinin bu gün açıqladığı qərarda deyilir ki,Unibank Premyer Liqasının XXVIII turunun  “Xəzər Lənkəran” – AZAL matçının 24-cü və 84-cü dəqiqələrində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Bu səbəbdən klub iki min manat cərimə olunub.

Komitənin digər qərarına əsasən, Unibank Premyer Liqasının XXVIII turunun “Neftçi” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib.
 

 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır