Futbol üzrə Unibank Premyer Liqasında çıxış edən AZAL klubunun prezidenti Vaqif Qasımov Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu sərt tənqid edib.
Qol.Az-ın məlumatına görə, Qasımov Lent.az-a açıqlamasında ölkə çempionatının təqviminin yalnız Foqtsa qurban verilməsindən şikayətlənib.
-Foqts bizi barmağına sarıyıb. Hamı da buna göz yumur. Mən demişəm: Bundan sonra bir futbolçumuzu da milli komandaya təlim-məşq toplantısına çağırsalar, verməyəcəyəm. FİFA və UEFA-nın qanunu var. Yoldaşlıq görüşlərindən 2 gün, rəsmi matçlardan isə 4 gün əvvəl klub futbolçusunu millinin düşərgəsinə buraxmalıdır. Qurtardı-getdi! Bir dənə nəticə də verə bilmir. Amma təqvimi də belə qurub ki, bütün Azərbaycan çempionatını bir dənə Foqtsa qurban verirlər. Azərbaycanda güclü çempionat olmasa, güclü yığma da olmayacaq. Bu, aksiomdur. Birdəfəlik dərk etmək lazımdır. Məni sadəcə, dəhşət götürüb. Heç kim də səsini çıxarmaq istəmir. Bilmirəm niyə? Nədir bu? Foqts bizi barmağına nə qədər sarıya bilər? Nə deyir, razılaşırlar. Belə də şey olar?
AZAL-ın prezidenti 15 gün ərzində 5 oyun keçirmək zorunda olduqlarını da vurğulayıb:
-Bir baxın: Aprelin 23-də oynamışıq, dalınca aprelin 27-də, sonra mayın 1-də, 4-də və 7-də oynayırıq. Hamısı da çətin görüşlərdir. Deyin görüm, 15 günə 5 oyun keçirmək necə mümkündür? Axı bu, harada yazılıb? Belə təqvim tərtib edərlər? Çempionatın sonudur, komandalarda yorğunluq başlayır. Əgər mövsümün ortasında tibbi müayinə keçirsəydilər, dərd yarıydı. İndi belə gərgin vaxtda yığmanı tibbi testə aparmaq olar? Məgər bunu Azərbaycanda etmək mümkün deyil? Hələ bizim yığmada 2 futbolçumuz var: Usim Nduka və Aqil Nəbiyev. “Qarabağ”ın 6 futbolçusu yığmanın düşərgəsində olub. Oyunçularımız Almaniyadan gecə gəliblər, ertəsi gün isə avtobusla Lənkərana yollanıblar. Axı onlar belə vəziyyətdə necə oynaya bilərlər?
Qasımovun fikrincə, Premyer Liqada görüntü yox, qayda-qanun yaradılmalıdır:
-Çempionatı bir qaydasına salmaq lazımdır. Mən demişəm, deyirəm, yenə deyəcəyəm: “6-lıq” sistemi tamamilə yanlış sistemdir, düzgün sistem deyil. Bütün Avropa bir sistemlə oynayır. Bizdə isə gündə bir şey kəşf edirlər. İndi də Avropada ilk dəfə kişilərin oyununu qadın baş hakimə veriblər. Bunu da bizdə kəşf ediblər. Yəni, hər şeydə biz birinci olmalıyıq. Bəsdir! Futbol oynamaq, futbolla məşğul olmaq lazımdır. “Pokazuxa”dan boğaza yığılmışam.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”