"Nuri Şahinin qiyməti 20 milyon avrodur"

"Nuri Şahinin qiyməti 20 milyon avrodur"
XƏBƏR 25 Aprel 2011 / 17:04 1927
-  A +

"Borussiya" (Dortmund" klubunun türkiyəli yarımmüdafiəçisi Nuri Şahininin qiyməti açıqlanıb. Qol.Az-ın məlumatına görə, klubunun idman direktoru Yoahim Vazke Nurinin 2013-cü ildə başa çatacaq müqaviləsini uzatmaq istəmədiyini bildirib.

Nuriyə böyük klublardan təkliflər gəldiyini bildirən Vazke bunların içərisində "Real" (Madrid), "İnter" və "Napoli" kimi komandaların da olduğunu vurğulayıb: "Əlimizdə olan təcrübəli futbolçuları satmağa vərdiş deyilik. Lakin yaxşı təklif gələcəyi halda, bu barədə düşünə bilərik. Əsas niyyətimiz isə Nurinin transferindən 20 milyon avro qazanmaqdır. Bu məbləğin yarısını komandanın güclənməsinə sərf edəcəyik".

Qeyd edək ki, Nurinin zədə səbəbilə 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır