Ueyn Runi: "O, yüz ilin ən yaxşı transferidir"

Ueyn Runi: "O, yüz ilin ən yaxşı transferidir"
XƏBƏR 25 Aprel 2011 / 15:45 2344
-  A +

"Mançester Yunayted" klubunun aparıcı hücumçusu Ueyn Runi komanda yoldaşı Haviyer Hernandesin ünvanına təriflər yağdırıb. Qol.Az-ın məlumatına görə, "Everton"la oyunda atdığı qolla komandasına qələbə qazandıran Hernandesin kluba tez bir zamanda uyğunlaşması Runinin də diqqətindən yayınmayıb:

"Bizim üçün çox gözəl bir nəticə oldu. Hernandezin qolu bizi çempionluğa bir qədər də yaxınlaşdırdı. Onunla oynamaq böyük xoşbəxtlikdi. Məncə, Hernandez yüz ilin ən yaxşı transferidir. Onun oyununu izləmək adama xüsusi zövq verir".


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır