"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 16-cı turunda "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil mətbuat konfransında rəqib komandanın azarkeşləri tərəfindən səslənən mənfi şüarlar haqda danışıb:
"Bu, mənim və azarkeşlərin arasında olan bir şeydir. İstəmirəm ki, bu məsələ digərlərinə yayılsın. Futbolda bu cür hallar çox olur. Buna normal yanaşıram. Öz komandalarını dəstəkləyirlər. Bəlkə də, dəstəkləməyin yolu bu idi ki, rəqib komandanın məşqçisini özündən çıxarsınlar. Bu, normaldır. Açığı desəm, karyeram ərzində azarkeşlərlə bağlı səhvlərim olub. Ona görə çalışıram ki, bu məsələlərdə təmkinli olum. Düzdür, oyun vaxtı gözləmədiyim bir şey baş verdi, mən də ona reaksiya verdim. Amma bu, oyunun içində olan bir şeydir və mən bunu yaddan çıxardım. Azarkeşlərin sözlərinin haradan gəldiyini mən çox yaxşı bilirəm. Siz də bilirsiniz. Bu, təmiz olmayan bir şeydir. Çox yaxşı bilirəm ki, bunu kimlər etdirir. Amma dediyiniz təhqirlərlə və ya uşaqlarla heç bir işim yoxdur".
Mütəxəssis məğlubiyyətin səbəblərindən danışıb: "Açığı deyim, bədbəxtçiliyimiz odur ki, kağız üzərində favoritik. Oyuna yaxşı başlayırsan, etmək istədiyin hər şey alınır. Amma durduğun yerdə rəqibə "hədiyyə" verirsən və qapında qol görürsən. Sonra da sənin fürsətin olur, iki metrlik məsafədən qapıya düşə bilmirsən. Analiz etsək, bütün oyunlarımızda eyni vəziyyətdir. "Şamaxı"nı 2:0 məğlub edirdik. Öz meydanımızda idi oyun və qalib gəlirdik. Sonra isə eyni vəziyyət. Əvvəl demirdim, çünki bu cür oyunu uduzmaq halına gətirdikdən sonra deməyə söz tapmıram. Amma analiz edəndən sonra görünür, nələr baş verir. "Qarabağ"la oyunda da fürsətləri əldən verdik. Bunlardan da əlavə, rəqibə qolu "hədiyyə" edirik. Bütün komanda hər oyunda qapımıza qolu bu cür gətirir. Sonra da ikinci qolu "hədiyyə" etdik. Bundan sonra isə "Neftçi"nin nəyə qadir olduğu üzə çıxır.
"Sumqayıt" kimi komandalara qol vurmayanda və öz qapında qol gördükdə, başlayırlar qapanmağa. Bu, normaldır və düzdür. Artıq oyunları əks-hücumlara uyğun qurulur. "Neftçi"nin futbolçususansa, bu hallarda üzə çıxmalısan. Keyfiyyətin hesabına. Qol buraxdıqdan sonra əgər ikinci hissədə fürsət yarada bilmirsənsə, artıq bütün suallara cavab tapılır. Əsas odur ki, vəziyyət nəzarətimuz altındadır. Bu oyunlar artıq qabağımızda cizgi yaradır ki, hansı futbolçu ilə yolumuzu davam edib, komanda quracağıq, hansı futbolçular isə artıq "Neftçi"nin yükünü daşıya bilmir. Bu səbəbdən, bəlkə də, xeyirlisi elə budur ki, hər şey aydın olsun. Azarkeş kimi baxanda digər şeylər görsənir. Amma biz səfərdə və evdə oynaya biləcək futbolçuları artıq çözmüşük. Bəzilərinin oyunları səfərə düşəndə tam əksinə çönür. Bu da təzyiqdən irəli gəlir. "Neftçi"də oynayırsansa, bu cür hallar olmalı deyil. Oyundur, hər bir komandanın qapısında qol ola bilər. Amma bundan sonra sən üzə çıxmalısan. Artıq tam şəkil qarşımızdadır. Bu halları aradan qaldıracağıq".
S. Abasov futbolçularından razı qalmadığını bildirib: "Demək məcburiyyətindəyəm ki, mövqelərə baxsaq, bütün oyunçular eynidirlər. Bu gün hücumçularımız arxası rəqib qapıya oynayan hücumçulardırlar. Yəni sürətli, çevik deyillər. Bunlara görə də oyun qurmağa çalışırıq. Ümumi analiz etsək, komandamızda hər mövqedə eyni şeydir. Bu da belə vəziyyətlərdə məğlubiyyətə gətirib çıxarır. Oyunu dəyişmək çətin olur, çünki ehtiyatdan girən oyunçu da eyni şeyi edir. Bu, gördüyümüz vəziyyətlərdir.
Amma özümüz üçün artıq oyunçular haqda hər şeyi bəlli etmişik. Sadəcə baş məşqçi kimi bunları dilə gətirib, sonra onları oyuna çıxarmaq çətinlik yaradır. Əsas onu çatdırmaq istəyirəm ki, hamı bilsin, vəziyyət nəzarətimiz altındadır. Bu gün azarkeşlərdə istək ola bilər ki, bəzi futbolçuları göndərək. Amma başa düşün, bunu edə bilmərik. Həmin vəziyyətdə, ayda deyilik. Yavaş-yavaş hər şeyi edəcəyik. Bilirik, hansı vəziyyətdəyik. Oyuna motivasiyasız çıxmamışdıq. Sadəcə bəla odur ki, qol buraxdıqdan sonra təmiz “ölmək”, onun altından çıxa bilməmək, hansı tip futbolçulara xasdırsa, onu bilirsiniz".
O, komandanın psixoloqa lazım olub-olmaması haqda da söz açıb: "Psixoloqa ehtiyacımız yoxdur. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Bu vəziyyətdə ən yaxşı nəticə qazanılan futbolçular ola bilər. Oynatmaq istədiyin futbolu hansı futbolçuların dərk etməsini bilmək qazancdır. Bu gün oyuna çox yaxşı başlamışdıq. Görünürdü ki, komandamız oyuna nəzarət edir. Amma “Qarabağ”la matçda da Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmirik. Bu gün də Emil Səfərovdan səhv gəldi. Neçə oyundur ki, baş verən prosesdir. Bunun altından çıxa bilməmək bir çox məsələlərlə bağlıdır. Bunlarda dəyişilməlidirlər".
Mütəxəssis uğursuzluğun səbəblərini bildiyini qeyd edib: "Bilirik, nə var, nə yox. Əsas odur ki, səbəbləri bilirik. Sual veriləndə cavabını bilməsəydim, artıq problem olardı və halımızın sonu olmazdı. Amma bunun sonu var. Nələri kimlərlə edə biləcəyik, onu artıq bilirik".
S. Abasov "Tərk etdiyiniz “Sumqayıt”la bu gün gördüyünüz “Sumqayıt” arasında hansı fərq nədir?" sualına belə cavab verib: "Elə də fərq görmədim. Mən də “Sumqayıt”da olsaydım, "Neftçi"yə qarşı bu cür oyunu seçərdim. Özünüz də görmüsünüz, mən də “Sumqayıt”da işləyəndə “Neftçi”yə bu cür oyunla qalib gəlmişdik. "Neftçi"də ən azından aldığın maaşa görə "bir nömrə" oynamaq borcundur. Keyfiyyətin yaxşı olmalı və topla da daha çox oynamalısan. Oyunu rəqib meydançasına yıxmalısan. Əks-hücumlarda hansı reaksiyanı verə bilən futbolçular, sürət, cəldlik varmı... bunların hamısını çözmüşük".
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"