“Rəqib çox yaxşı oynadı. Azərbaycan çempionatında hər komanda yaxşı mübarizə aparır. Lakin “Sabah” ən güclülərdən biridir”.
QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Misli Premyer Liqasının 16-cı turunda “Sabah”la bərabərə qaldıqları (1:1) oyun barədə danışarkən deyib.
Polşalı qolkiper bildirib ki, bu matçda 1 xal komandası üçün pis nəticə deyil: “Çox çətin oyun keçdi. Rəqib yaxşı mübarizə apardı. Təbii ki, biz hər matçda qalib gəlmək istəyirik. Lakin bu matçda heç-heçə pis yox, yaxşı nəticədir”
24 yaşlı futbolçu üç gündən bir meydana çıxmağın çətinliyindən də söz açıb: “Təbii ki, sıx qrafikdə oynamaq asan deyil. Üstəlik, zədəlilərimiz də var. İndiki məqamda heyətimiz geniş deyil. Bununla belə, əlimizdən gələni edirik. Müəyyən qədər də üç gündən bir oynamağa öyrəşmişik. Lakin istənilən halda çətindir. Mən qapıçıyam, heç bir problem yoxdur, üç gündən bir rahat oynayaram. Amma meydan oyunçuları üçün bu, heç də asan deyil”.
Koxalski UEFA Avropa Liqasının 6-cı turu çərçivəsində dekabrın 12-də səfərdə “Elfsborq”a qarşı keçirəcəkləri matçda qələbə üçün meydana çıxacaqlarını söyləyib: “İndi elə vəziyyətdəyik ki, Avropa Liqasında hər növbəti oyunu udmalıyıq. Bu turnirdə yolumuza davam etmək, növbəti mərhələyə adlamaq istəyirik. Ona görə də hər matçda 3 xal bizim üçün çox vacibdir. “Elfsborq”la görüş də istisna təşkil etmir. Rəqib hər nə qədər güclü olsa da, məqsədimiz səfərdə qələbə qazanmaqdır”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov