«Neftçi»dən Robinson Zapatayla bağlı açıqlama

«Neftçi»dən Robinson Zapatayla bağlı açıqlama
XƏBƏR 25 Aprel 2011 / 12:05 2614
-  A +

«Neftçi» İstanbulun «Qalatasaray» klubunun qapıçısı Robinson Zapatanı transfer etmək istəmələri barədə Türkiyə mətbuatının bu gün yaydığı xəbərlərə münasibət bildirib.

Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Qol.Az-a müxbiri ilə söhbətində bu məlumatların həqiqətəuyğun olmadığını bildirib.

«Biz Zapataya müraciət etməmişik və belə bir fikrimiz yoxdur» - deyə o vurğulayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner