«Real» - «Barselona» oyununda Hitleri andılar (FOTO)

«Real» - «Barselona» oyununda Hitleri andılar (FOTO)
XƏBƏR 25 Aprel 2011 / 11:57 2125
-  A +

Aprelin 20-də Madridin «Real» və Kataloniyanın «Barselona» klubları arasında keçirilmiş final oyununda irqçiliyi və nifrəti təbliğ edən pankartın asıldığı məlum olub.

Qol.Az-ın xəbərinə görə, faşist azarkeş qrupu «Ultra Sur»un yerləşdirdiyi «Happy Birthday 18» pankartının şifrəsi çözülüb. Məlum olub ki, 18 rəqəmi həmin gün doğum gününü qeyd edən  «Real»ın 18 nömrəli futbolçu Raul Albiola deyil, milyonlarla insanın qatili olan Adolf Hitlərə görə asılıb. Belə ki, 1 rəqəmi alifba sıralamasında A, 8 isə H hərfini təmsil edir.

Qeyd edək ki, pankart ilk baxışda azarkeşlərin marağına səbəb olub. Buna görə də o, düz yarım saat tribunada qalıb. Lakin «Barselona»lı azarkeşlər bu pankartın «Real»ın qırxıqbaşlar olaraq tanınan azarkeş qrupu «Ultra Sur» tərəfindən açıldığını öyrəndikdən sonra şifrəni çözüblər. Bu səbəbdən pankart dərhal yığışdırılıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır