"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 16-cı turunda "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o deyib: "Süni meydanda oynayacağımıza görə oyunun ağır keçəcəyini bilirdik və komandanı da həftə ərzində buna hazırlamışdıq. Oyuna istədiyimiz kimi başlamasaq da, tədricən ritmə uyğunlaşdıq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Oyun planında artırmaq üçün potensialımız var. Qarşıdakı oyunlarda daha məzmunlu oynayacağıq. Çempionatın sonunu yox, hər həftə keçirəcəyimiz matçı düşünürük".
Mütəxəssis gənc oyunçularının göstəricilərindən söz açıb: "Futbolda cavan-yaşlı anlayışı keçmişdə qaldı. İşə yanaşma, istək önəmlidir. Bu gün məşq prosesində gənc və yaşlı dediyimiz futbolçular eyni yükləməni alır. Siz onları həftədə bir dəfə - oyun zamanı görürsünüz, biz həftə ərzində birgə calışır, istədiklərimizi alırıq. Heyətimizdə nəticəyə ac futbolçular cəmləşib. Oyunlara düzgün hazırlaşır və yanaşırlar. Ona görə də nəticələrimiz ürəkaçandır. Qazandığımız nəticələr, uğurlu qrafik onların əməyinin nəticəsidir".
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi