Milli komandamız İtaliyada finala yüksəldi

XƏBƏR 25 Aprel 2011 / 10:57 1732
-  A +

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Florensiya şəhərində təşkil olunmuş turnirin finalına yüksəlib. Yığmamız həlledici oyunda bu gün «Roma» klubunun U-17 komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, futbolçularımız turnirdəki ilk oyunda Anar Babazadənin vurduğu qol sayəsində «AS Sestese» komandasını 1:0 hesabı ilə məğlub edib.

Yığmamızın növbəti rəqibi «Polisportivo 90» klubunun U-17 komandası olub. Bu qarşılaşma da Azərbaycan U-16-nın xeyrinə başa çatıb – 3:1. Komandamızın heyətində Fəhmin Muradbəyli, Tərlan Əhmədov və Ülvi Süleymanov fərqləniblər.

Qeyd edək ki, turnirdə 17 yaşadək futbolçulardan ibarət komandalar iştirak etsə də, yığmamız daha aşağı yaş qrupu ilə təmsil olunur.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır