Ramil Əliyev: "Sonuncu pillədən qurtulmağa çalışacağıq"

Ramil Əliyev: "Sonuncu pillədən qurtulmağa çalışacağıq"
XƏBƏR 24 Aprel 2011 / 23:10 1699
-  A +

"Bu gün ikinci "6-lığ"ın autsayderi ilə lideri qarşılaşdı. Buna baxmayaraq, oyun maraqlı keçdi, bir neçə qol imkanlarımız oldu”. Qol.Az-ın məlumatına görə, bunu MOİK-in baş məşqçisi Ramil Əliyev "Qəbələ" ilə 0:0 hesablı heç-heçədən sonra deyib.

Artıq “hərbçilər"in I diviziona enəcəyi dəqiqləşdiyindən, Əliyev qarşıdakı 4 turda son pillədən qurtulmaq üçün oynayacaqlarını bildirib: "Gəncə" ilə oyundan sonra heyətdə aparılan dəyişikliklər öz bəhrəsini verdi. Rəşad Hacızadənin layiqli oyununu qeyd etmək istərdim. Bundan sonra da gənc oyunçulara şans verəcəyik. Sonuncu pillədən qurtulmağa çalışacağıq. "Qəbələ" komandasına uğurlar arzulayıram".


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır