Naci Şensoydan özünəməxsus açıqlama

Naci Şensoydan özünəməxsus açıqlama
XƏBƏR 24 Aprel 2011 / 23:00 1978
-  A +

Tovuzun “Turan” klubunun baş məşqçisi Naci Şensoy “Gəncə” ilə oyundan sonra mətbuat konfransına gəlsə də, fikirlərini bildirməkdən imtina edib. Qol.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis 0:1 hesablı məğlubiyyətə heç bir şərh verməyib.

O, sadəcə, "Oyun haqqında heç nə demək istəmirəm" söyləməklə kifayətlənib.

Qeyd edək ki, Naci Şensoy Azərbaycandakı fəaliyyəti dövründə belə qeyri-adi açıqlamalar və davranışlarını dəfələrlə nümayiş etdirib. Bu baxımdan, Şensoyun mətbuat konfransına cərimələnməmək xatirinə gəlib, "Gəlməsəydi, bundan yaxşı idi" rəyi yaratmasını da onun özünəməxsus addımları sırasına yazmaq olar.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır