Mehman Allahverdiyev: "Gənc hakimlərə şans vermək lazımdır"

Mehman Allahverdiyev: "Gənc hakimlərə şans vermək lazımdır"
XƏBƏR 24 Aprel 2011 / 22:55 1739
-  A +

"Çox maraqlı oyunun şahidi olduq. "Turan"la oyunlarımız həmişə derbi olub”. Qol.Az-ın məlumatına görə, bunu "Turan" üzərində 1:0 hesablı qələbədən sonra "Gəncə" klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.

Allahverdiyev hər iki komandanı gözəl oyuna görə təbrik edib. O, matçın baş hakimi Rəhim Həsənovun idarəçiliyindən razılığını bildirib: "Qalib gəlmək istəyirdik, buna da nail olduq. Oyunçularımdan razıyam, səhvlərimiz olsa da, onların üzərində işləyəcəyik. Fikrimcə, gənc hakimlərə şans vermək lazımdır".


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır