“Qol buraxdığımız epizodda komandamızın oyunçusu səhvə yol verdi. Lakin nə etmək olar? Bu futboldu və futbolda heç kim səhvdən sığortalanmayıb”. Qol.Az-ın məlumatına görə, bu sözləri «Olimpik»lə bugünkü oyundan sonra «Qəbələ»nin baş məşqçisi Ramiz Məmmədov deyib. “Qəbələ”nin çalışdırıcısı yetirmələrinin xüsusən ikinci hissədə yaxşı oynadıqlarını qeyd edib: “Birinci hissədə oyunumuz alınmadı. Lakin fasilədən sonra uşaqların çıxışı məni tam qane etdi. Çünki onlar fasilədə verdiyim bütün tapşırıqları yerinə yetirdilər. Bunun da sayəsində biz məğlubiyyətdən qurtula bildik. Bir də AFFA və PFL-ə təşəkkür etmək istərdim. Çünki bizim yeni transferimiz Viktor Komlyonokun transfer vərəqi bu günəcən göndərilməmişdi. Onun transfer kağızı yalnız bu gün günorta saatlarında gəlib çıxdı. Hər iki futbol qurumuna operativ işlədiklərinə görə, təşəkkürümü bildirirəm”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi