Arif Əsədov: "Neftçi" bütün komponentlərdə rəqibindən üstün idi"

Arif Əsədov: "Neftçi" bütün komponentlərdə rəqibindən üstün idi"
XƏBƏR 23 Aprel 2011 / 18:27 2331
-  A +

Premyer Liqanın 28-ci turunda "Neftçi" klubu öz meydanında "Bakı"nı qəbul edib. Qol.Az-ın məlumatına görə, rəqibini 2:0 hesabı ilə məğlub edən "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"Çempionluq yolunda növbəti qələbəmizi qazandıq. Bu münasibətlə oyunçulara təşəkkür edirəm. "Neftçi" bütün komponentlərdə rəqibindən üstün idi. Digər oyunlara da ciddi hazırlaşacağıq.

Oyunun gedişində Rail Məlikov və Ruslan Abışovu əvəzələməyimə gəldikdə isə bu futbolçular millinin düşərgəsindən gəldikləri üçün yorğun idilər. Ona görə də, onları əvəzləmək qərarına gəldim".


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır