Flavinyo Rauf Əliyevi qabaqladı

Flavinyo Rauf Əliyevi qabaqladı
XƏBƏR 23 Aprel 2011 / 17:33 2435
-  A +

Unibank Premyer Liqasının bombardirləri siyahısının liderlər qrupunda vəziyyət dəyişib.

Qol.Az-ın məlumatına görə, bu gün "Bakı" ilə oyunda iki qola imza atan "Neftçi"nin yarımmüdafiəçisi Flavinyo "Qarabağ"ın hucumçusu Rauf Əliyevi geridə qoyaraq üçüncü pilləyə qalxıb. Hazırda aktivində 11 qol olan braziliyalı futbolçu bombardirlər siyahısında üçüncü yerdədir.

Birinci yeri isə 15 qolla Flavinyonun "Neftçi"dəki komanda yoldaşı Bahadır Nəsimov, ikinci pilləni 12 qolla "Qarabağ"dan Georgi Adamiya tutur.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır