Bəhmən Həsənov: "Bu, bizim üçün də sürpriz oldu"

Bəhmən Həsənov: "Bu, bizim üçün də sürpriz oldu"
XƏBƏR 23 Aprel 2011 / 16:52 2074
-  A +

Premyer Liqanın 28-ci turunda "Muğan" öz meydanında Zaqatalanın "Simurq" klubunu qəbul edib. Qol.Az-ın məlumatına görə, rəqibinə 3:0 hesabı ilə qalib gələn "Muğan" klubunun baş məşqçisi Bəhmən Həsənov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"Komandam çox uğurlu çıxış etdi, futbolçularımdan razı qaldım. Gənc oyunçulara üstünlük vermişdim, onlar da özlərini doğrultdular. Haciyevskini bu oyunla mühakimə etmək düzgün deyil. O, “Bakı” klubu ilə çempionluq qazanmış təcrübəli məşqçidir.

“Simurq” komandasına uğurlar arzulayıram. Bugünkü  oyunun qadın hakim tərəfindən idarə olunması bizim üçün də sürpriz oldu. İdarəçilik yaxşı idi, ona gələcək oyunlarda da uğurlar arzulayıram”.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır