Pep Qvardiola: "La Liqa İspaniya kubokundan daha önəmlidir"

Pep Qvardiola: "La Liqa İspaniya kubokundan daha önəmlidir"
XƏBƏR 23 Aprel 2011 / 14:47 2486
-  A +

"Barselona" klubunun baş məşqçisi Pep Qvardiola La Liqanın İspnaiya kubokundan daha önəmli olduğunu vurğulayıb. Qol.Az-ın məlumatına görə, Qvardiola İspaniya kubokunda "Real"a məğlubiyyətdən sonra komandasının La Liqa oyunlarına köklənməsinin vacibliyindən danışıb:

"Kubokda "Real"a məğlub olsaq da, La Liqada liderliyimiz davam edir. Düşünürəm ki, La Liqa İspaniya kubokundan daha önəmlidir. Buna görə, 8 xallıq fərqi əldən vermək fikrində deyilik. Bu mövsüm də çempion olmaq istəyirik.
 
Növbəti oyunlardakı istənilən qələbə bizi çempionluğa bir qədər də yaxınlaşdıracaq. "Osasuna" ilə oyundan sonra "Real"a qarşı Çempionlar Liqasının ilk yarımfinal görüşü haqda düşünəcəyik. İnanıram ki, ÇL-də də uğur bizim tərəfimizdə olacaq".

Qeyd edək ki, Çempionlar Liqasının ilk yarımfinal görüşü çərçivəsində "Real" - "Barselona" oyunu aprelin 27-də Madriddə keçiriləcək.  

 

 

 

 


 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır