Vəli Qasımov: "Hər oyunda qol vurmağımız yaxşı haldır, ancaq..."

Vəli Qasımov: "Hər oyunda qol vurmağımız yaxşı haldır, ancaq..."
XƏBƏR 23 Aprel 2011 / 14:22 2015
-  A +

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Rusiyanın "Zenit" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, milli komandamız bu görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edib.

Yığmamızın baş məşqçisi Vəli Qasımov isə oyundan sonra AFFA.az saytına fikirlərini bildirib: "Birinci hissədə çox yaxşı oynadıq. Fasilədən sonra temp aşağı düşdü. Bunun da səbəbi son günlər ardıcıl olaraq oyunlar keçirməyimizdir. Demək olar ki, hər oyunda qol vurmağımız yaxşı haldır. Amma eyni zamanda hər oyunda qol buraxmağımız bizi qayğılandırır. Bunun üzərində çalışmalıyıq".

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır