"Qarabağ" "İnter"lə oyuna tam heyətlə hazırlaşır

XƏBƏR 23 Aprel 2011 / 11:40 2059
-  A +

Ağdamın "Qarabağ" klubu artıq "İnter"lə oyuna hazırdır. Qol.Az-ın məlumatına görə, sabah Premyer Liqanın final mərhələsinin 2-ci dövrəsi çərçivəsində baş tutacaq görüş üçün Qurban Qurbanovun komandası dünən ilk dəfə tam heyətlə məşq keçib.

Millinin düşərgəsindən dönən 6 futbolçunun qatılması ilə "Qarabağ" "İnter"lə oyun üçün tam heyətlə çalışma imkanı əldə edib. Bu komandanın "bankir"lərə qarşı oyunda taktiki baxımından çalışması üçün yeganə imkanı idi. Bu gün komanda oyunun keçiriləcəyi Suraxanı qəsəbə stadionunda 1 saatlıq yüngül məşqlə kifayətlənəcək.

Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu aprelin 24-ü Suraxanı rayonu Tofiq İsmayılov adına qəsəbə stadionunda saat 16:30-da keçiriləcək.


 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır