Baş nazirin müavini federasiya rəhbəri oldu

Baş nazirin müavini federasiya rəhbəri oldu
XƏBƏR 23 Aprel 2011 / 00:50 2321
-  A +

Belarus baş nazirinin müavini Sergey Rumas Belarus Futbol Federasiyasının yeni sədri seçilib. Qol.Az-ın məlumatına görə, Rumas sədr postuna yeganə namizəd olub.

O, federasiyaya 2003-cü ildən rəhbərlik edən və hesabat-seçki konfransının qərarı ilə fəxri sədr olan Gennadi Nevıqlası əvəzləyib. Rumasın namizədliyinə konfrans iştirakçıları yekdilliklə səs veriblər.

Nevıqlas isə növbəti 4 il müddətinə namizədliyini irəli sürməyib. O, qərarını şərh edərkən bildirib ki, adı rəsmi Minskin 19 dekabr 2010-cu ildə müxalifətçilərə qarşı münasibəti üzündən Avropa İttifaqı ölkələrinə girişi qadağan edilmiş məmurlar siyahısına salınıb. Bu səbəbdən, federasiya sədrliyindən getməli olub. 

Qeyd edək ki, Belarusda yalnız bir nəfərə prezident deyilir. O da ölkə rəhbəri Aleksandr Lukaşenkodur.  

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır