Devid Bekhem: "Bu qələbə ÇL-də "Real"a əlavə üstünlük verəcək"

Devid Bekhem: "Bu qələbə ÇL-də "Real"a əlavə üstünlük verəcək"
XƏBƏR 22 Aprel 2011 / 19:20 2092
-  A +

Amerikanın "Los Angelse Qalaksi" klubunun futbolçusu sabiq komandası "Real"ın İspaniya kubokuna sahib çıxmasına münasibət bildirib. Qol.Az-ın məlumatına görə, komandanın məşqindən sonra açıqlama verən Bekhem "Real"ın qələbəsinə sevindiyini və bu qalibiyyətin əhəmiyyətindən danışıb:

"İspaniya kuboku hər zaman önəmlidir. Xüsusilə bunu "Barselona" kimi klubun əlindən almaq böyük uğurdur. "Real" bu kuboka yiyələndiyi üçün çox xoşbəxtəm. Bu qələbə Çempionlar Liqasının oyunları üçün "Real"a əlavə üstünlük verəcək. Doğrudur, son 2 "El-Klassiko" oyununda "Real" yaxşı təsir bağışladı. Onların qarşıdakı oyunlarda da qələbə qazanacaqlarına inanıram".

 

 

 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır