Bəhram Bağırzadə azarkeşləri stadiona səslədi

Bəhram Bağırzadə azarkeşləri stadiona səslədi
XƏBƏR 22 Aprel 2011 / 18:23 2231
-  A +

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də keçiriləcək Azərbaycan - Almaniya oyununun biletləri aprelin 21-dən etibarən satışa çıxarılıb. Qol.Az-ın məlumatına görə, bu gün Park Bulvar Alış-Veriş Mərkəzində yerləşən satış məntəqələrinin birində millimizin sadiq azarkeşi Bəhram Bağırzadə bilet alıb və saytımıza fikirlərini bildirib:

"Bakıda Almaniya ilə keçiriləcək oyuna bir aydan da artıq vaxt qalır. Buna baxmayaraq, mən həmin qarşılaşmanı izləmək üçün artıq bilet almışam. Bütün azarkeşləri yığmamızı dəstəkləmək üçün stadiona dəvət edirəm. Əgər komandamız Türkiyə ilə qarşılaşmadakı kimi əzmkar mübarizə aparsa, qarşıdakı oyunlarda da uğur qazana bilərik".

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır