“Futbolçularımı təbrik edirəm. Bu gün qalib gəlmək çox vacib idi. İstərdim ki, daha yaxşı oyun olsun. Meydança amili keyfiyyətli oyun oynamağa mane olurdu. Milli fasilədən sonra komanda demək olar ki, bu gün tam yığılmışdı”.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Misli Premyer Liqasının 14-cü turunda “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri səfər matçından sonra deyib.
Q.Qurbanov onun iştirakı ilə təşkil edilən mətbuat konfransında qeyd edib ki, futbolçular sona qədər oyunun içində olublar: “Bu, mənim üçün vacib idi. Yaxşı komandaya qalib gəldik. Qarşımızda istəkli rəqib var idi. İnanıram ki, Cavid Daha yaxşı komanda formalaşdıracaq. Ona uğurlar arzulayıram”.
Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Demək olar ki, meydana əsas heyətlə çıxmışdınız. Bu, "Araz-Naxçıvan"ın liderliyi ələ keçirməsi ilə bağlı idi, yoxsa qarşıdakı "Lion"la matça görə belə qərar verdiniz?
- "Araz-Naxçıvan"la bağlı heç bir düşüncə yox idi. Bu gün hazır olan futbolçuları meydana buraxdıq. Sonradan xeyli rotasiyalar etdim. Bəzi futbolçuların oyun ritmini qoruyub-saxlamaq lazımdır.
- "Lion"la oyunun hazırlığı necə gedir? Bədavi Hüseynovun zədələnməsi planlarınıza necə təsir edəcək?
- Əlbəttə ki, onun zədələnməsini istəməzdik. Son vaxtlar bəlkə də ən yaxşı oyunlarını keçirirdi. Digər oyunçuları hazırlayacağıq. Vaxtımız azdır, cəmi 2-3 məşqimiz olacaq. Çox istərdim ki, futbolçular sağlam olsunlar. Hansısa fiziki çatışmazlıqlar ola bilər. Bu üç gündə komandanı oyun planında tam hazırlamalıyıq. Rəqib topla çox yaxşı davranır. Fərdi olaraq da ustalıq keyfiyyəti yüksək olan futbolçuları var.
- "Qarabağ"ın futbolçularının millidəki oyununu necə dəyərləndirirsiniz?
- Millinin futbolçularının heç birini ayırmaq istəmirəm. Hər biri azərbaycanlı oyunçulardır. Çox da şərh etmək istəmirəm. Belə məğlubiyyətlər hamımızın başına gəlib. Həmişə millimizin yanında olmalıyıq.
- Sizin milliyə baş məşqçi gətirilməyinizlə bağlı iddialar var. Bu haqda nə deyə bilərsiniz?
- Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyəsiniz. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim "Qarabağ"dadır.
- Fernandu Santuşun işini necə dəyərləndirirsiniz?
- Cavab verə bilməyəcəm. Hər birimiz Santuşa hörmətlə yanaşırıq. Ona uğurlar arzulayıram. Hamı öz işində məsuliyyətli olmağa çalışır.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?