Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçən Azərbaycan milli komandasının üzvləri AFFA.az saytına fikirlərini bildiriblər. Qol.Az-ın məlumatına görə, futbolçular tibbi müayinənin əhəmiyyətindən danışıblar.
Arif İsayev: «Tibbi testin keçirilməsi müsbət haldır. Bunun sayəsində fiziki göstəricilərimizlə bağlı dəqiq məlumat ala bilirik. Bu praktika bütün dünyada tətbiq olunur və yaxşı effekt verir».
Amit Quluzadə: «Bir müddət əvvəl zədələnmişdim və zədəmi sağaldandan sonra burada iştirak etmək mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki fiziki hazırlığımın hansı səviyyədə olduğunu öyrənmək imkanım olacaq».
Volodimir Levin: «Hər şey yüksək səviyyədə təşkil olunub. Tibbi personal nə etməli olduğumuzu dəqiqliklə izah etdi. Nəticələrin necə olacağı mənim üçün çox maraqlıdır».
Vüqar Nadirov: «Milli komanda birinci dəfə deyil ki, tibbi test verir və bunun yaxşı hal olduğunu düşünürəm. Futbolçu kimi daha çox nəyin üzərində çalışmalı olduğumuzu öyrənirik».
Elvin Məmmədov: «Hər şey yüksək səviyyədə təşkil olunub. Testin nəticəsinə uyğun olaraq, hazırlıq səviyyəmiz müəyyənləşəcək və cavabların necə olacağı çox maraqlıdır».
Vurğun Hüseynov: «Fiziki hazırlığımızın hansı səviyyədə olması ilə bağlı məlumat alacağıq. Bu, hər bir futbolçu üçün çox vacib məsələdir. Testi tələb olunan qaydada verdik. Nəticələrə uyğun olaraq, daha çox çalışacağıq».
Rauf Əliyev: «Bildiyimə görə, bu testin nəticələri barədə millinin bütün üzvlərinin çıxış etdiyi klublara da məlumat veriləcək. Mənim fikrimcə, bu, çox yaxşı haldır. Çünki klubdakı məşqçilərin də futbolçuların hazırlıq səviyyəsi ilə bağlı məlumatlı olması vacibdir».
Maksim Medvedev: «Bu testin köməkliyi ilə hər birimiz nə qədər hazır olduğumuzu biləcəyik. Çatışmayan cəhətlər aşkara çıxacaq və bunların üzərində çalışacağıq».
Ruslan Abışov: «Hər kəs çalışdı ki, normativləri bacardığı qədər yaxşı versin. Ümid edirəm ki, testin nəticələri ötən dəfə ilə müqayisədə daha yaxşı olacaq».
Aleksandr Çertoqanov: «Test normal keçdi. Millinin üzvlərinin çoxu artıq iki dəfə test vermişdi. Əsas odur ki, nəyin üzərində çalışmalı olduğumuzu biləcəyik».
Rail Məlikov: «Artıq üçüncü dəfədir ki, Almaniyada tibbi testdən keçirik. Bu, çox əhəmiyyətli prosesdir. Çünki bütün futbolçular öz gücünü bilməlidir. Nəticələr hələ bəlli olmasa da, ilk baxışdan hamının testi yaxşı verdiyi görünürdü».
Cəmşid Məhərrəmov: «Tibbi test normal keçdi. Bu şəraiti yaratdığı üçün AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Çünki bu testin nəticəsində fiziki hazırlığımız və səhhətimiz barədə dəqiq məlumat əldə edirik».
Ruslan Əmircanov: «Ümid edirəm ki, testin nəticəsi məşqçilərimizi qane edəcək. Klubda əsas heyətdə daim çıxış edə bilmədiyim üçün bu testin nəticələrinin necə olacağı mənim üçün çox maraqlıdır. Ümid edirəm ki, testin nəticəsi yaxşı olacaq və millinin heyətində möhkəmlənə biləcəyəm».
Əfran İsmayılov: «Burada bizə əla şərait yaradılmışdı. Məncə, komandanın bütün üzvləri testi yaxşı verdilər. Baş məşqçi də, ümumilikdə, testin yaxşı keçdiyini bildirdi. Təbii ki, çatışmazlıqları öyrənəcək və bunun üzərində çalışacağıq».
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”