"Bakı"nın 4 futbolçusu məşqdə iştirak etmədi

"Bakı"nın 4 futbolçusu məşqdə iştirak etmədi
XƏBƏR 22 Aprel 2011 / 16:25 1556
-  A +

Premyer Liqanın növbəti turunda "Neftçi" ilə qarşılaşacaq "Bakı" liderlə oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, dünən və bu gün baş tutan səhər məşqləri topla çalışmalar üzərində qurulub, yüngül qaçışla yekunlaşıb.

Zədəsini tam bərpa olunmayan Rafael Əmirbəyov və Nicat Abdullayev həkim nəzarətində çalışıblar. Zədəli Ernad Skuliç və milli komandaların düşərgəsində olan 4 futbolçu da məşqdə iştirak etməyib. 

Qeyd edək ki, Cəmşid Məhərrəmov və Vaqif Cavadov Azərbaycan milli komandasının, Nurlan Novruzov və Rəhman Hacıyev isə 19 yaşlılardan ibarət milli komandanın düşərgəsindədirlər.

 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır