Arda Turan: "Mən Messini bu dünyanın adamı hesab etmirəm"

Arda Turan: "Mən Messini bu dünyanın adamı hesab etmirəm"
XƏBƏR 22 Aprel 2011 / 15:18 2579
-  A +

Türkiyə millisinin və "Qalatasaray" klubunun kapitanı Arda Turan yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, "NTVspor" kanalına qonaq olan Arda maraqlı açıqlamaları ilə diqqət çəkib.

Arda ona ünvanlanan "dünyanın ən yaxşı futbolçusu kimdir?" sualına "Ronaldo" deyə cavab verib. Ardanın "Bəs Messi?" sualına cavabı isə daha maraqlı alınıb. "Qalatasaray"ın ulduzu bu sualı belə cavablandırıb: "Mən Messini bu dünyanın adamı hesab etmirəm". Yəni, Arda bu cavabla Messinin sərgilədiyi oyunla digər həmkarlarını geridə qoyduğunu bildirib.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır