"Mançester Yunayted"dən Sneyder üçün 25 milyon avro

"Mançester Yunayted"dən Sneyder üçün 25 milyon avro
XƏBƏR 22 Aprel 2011 / 14:32 1761
-  A +

"İnter" klubunun hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyder karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, Premyer Liqanın hazırki lideri "Mançester Yunayted" klubu Sneysderlə yaxından maraqlanır.

"Tottenhem"in təcrübəli oyunçusu Luka Modriçlə də yaxından maraqlanan Ser Aleks Ferqyuson eyni zamanda Sneyderi də komandasında görmək istəyir. Ferqyuson Sneyderi məhz karyerasını bu mövsüm başa vuracaq Poul Skolzun yerinə düşünür.

"Mançester Yunayted" rəhbərliyi də artıq bu futbolçu üçün 25 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Lakin Sneyderin "İnter"lə 2015-ci ilə qədər müqaviləsi olması bu məbləğin daha da artacağını göstərir.

Qeyd edək ki, Sneyder 2009-cu ildə "Real" (Madrid) klubundan "İnter"ə transfer olunmuşdu.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır