«Xəzər Lənkəran»ın oyunu yenə canlı yayımlanmayacaq

XƏBƏR 22 Aprel 2011 / 12:59 2370
-  A +

Unibank Premyer Liqasının XXVIII turunun bu həftə keçiriləcək dörd oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, aprelin 23-də keçiriləcək "Neftçi" - "Bakı" (Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00, AzTV), "Muğan" - "Simurq" ("Şəfa" stadionu. Saat 14:00, "İdman Azərbaycan"), aprelin 24-də oynanılacaq "Qarabağ" - "İnter"(Toiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:30, "İdman Azərbaycan") və "Qəbələ" - MOİK (Qəbələ şəhər stadionu. Saat 16:00, "Lider TV") canlı nümayiş etdiriləcək.

Əəvvəlki turda olduğu kimi, azarkeşlər bu dəfə də liderlər qrupuna daxil olan «Xəzər Lənkəran» ev oyununu - AZAL-a qarşı matçını televiziyada canlı izləyə bilməyəcəklər.

 

 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır