“Danışmağa həm çox söz yoxdur, həm də çoxdan da artığı var. Kim deyirdi ki, tarixin ən yaxşı milli komandası budur, həmin adama D Liqasına düşməyimizi göstərmək lazımdır”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov deyib.
Milli komandamızın UEFA Millətlər Liqasında uğursuz çıxış edərək D Liqasında düşməsi ilə bağlı danışan Sultanov qeyd edib ki, yeni məşqçilər gətirməklə problemin həlli mümkün deyil:
“İllərdir ki, biz eyni səhvi edirik. Üzr istəyirəm ifadəmə görə, eşşək palçığa bir dəfə girər. Biz elə palçığın içində çabalayırıq. Məşqçi heç nəyi dəyişən deyil. Bu gün futbolçu yetişdirmək lazımdır. Sonra məşqçi gətirmək olar. 50 nəfər məşqçi gətirmişik. Bunluq deyil də, məsələ ondan qaynaqlanmır. Uzun illərdir açıq görünür ki, problem məşqçidə deyil. Bizim problem lap aşağıdandır. Uşaq futbolunu qaldırmaq lazımdır. Bu problemi həll edə biləcək adamları düzgün seçmək lazımdır. Bir plan olmalıdır və o üzrə getməliyik. Bizim planımız da yoxdur. Elə deyirlər ki, plan yazılır. Nə vaxta qədər yazılacaq. O plan yazılanda bəlkə də UEFA D Liqasından da başqa bir Liqa yaratdı və biz ora düşəcəyik”.

C.Sultanov qeyd edib ki, futbolçu keyfiyyətinin olmamasına görə millimiz bu durumdadır: “Getdikcə biz lap aşağı gedirik. Bu, məşqçidən qaynaqlanmır ki... Bunun səbəbi futbolçunun olmamasıdır. Futbolçunun qıtığı və keyfiyyətinin olmamasıdır bu problemlərin səbəbi. Fernandu Santuşdan sonra bir məşqçi də gətirsək, yenə üzü aşağı gedəcəyik. Ən yaxşı halda bu durumda qalacaq. Görmürsünüz ki, futbolçuların potensialı nədir? Bizdə ən potensiallı futbolçular Musa Qurbanlı, Nəriman Axundzadə və başqalarıdır.Onlarla da olmur. Ona görə də işə lap aşağıdan başlamaq lazımdır.
Bizdə basketbol, futzal yox idi. Nəyin hesabında qaldırdıq. Legionerlərin. Futbolda da indiki durumda yerli futbolçuların hesabına heç nə edə bilmərik. Götürək “Qarabağ”ı. Yerli futbolçularla qrupdan çıxa bilmirdilər. Deməli, keyfiyyət çatmırdı. Bunu bilmək üçün alim olmalı deyilsən ki. Futbolu bilən adam analiz edir və görür ki, problem hardadır. Futbolu bilməyən adamlar da elə bilir ki, ofisdə oturub işi düzəldirlər. Amma elə olmur. Həkim xəstəyə səhv diaqnoz qoyub müalicə edəndə adam ölür. Biz də o durumdayıq. Hər gələn məşqçi bir diaqnoz qoyur və sonra gedir.
Bu gün biz Albaniya çempionatında oynayan Zamiq Əliyevi meydana buraxırıq. Çünki mərkəz müdafiəçimiz yoxdur. 10 milyon əhali olan ölkədə normal 11 futbolçu yetişdirə bilmirik. Bilirsiniz niyə? Bu futbolumuza diaqnoz qoyan “həkim”lərin savadı yoxdur. Bilən adama da deyirlər ki, sən çox danışma, öz işinlə məşğul ol. Amma italyan və portuqal gəlib bizi aldadır. Hərə öz dilində aldadır. Bizimkilər də deyir ki, bunlar xarici dildə danışır, hər şeyi bilir”.
“Neftçi” və “Sumqayıt”ın keçmiş idman direktoru AFFA-nın yerli məşqçiyə əcnəbidən daha çox şans verməli olduğunu bildirib: “Santuş demir ki, 2028-ci ildə millimiz nəsə edəcək. Deyir çalışırıq ki, nəsə edək. 15 ildir hər bir xarici məşqçi eyni sözü təkrarlayır. Bizimkilər də hamısına inanır. Bir dəfə də soyadı ov-la bitənlərə qulaq asın də. Bizdə elə futbol adamları var ki, o əcnəbilərə dərs keçər. Vallah Arif Əsədov Santuşdan qat-qat yaxşı işləyirdi. O olsaydı, ən pis halda İsveçə 0:6 yox, 0:3 hesabı ilə uduzacaqdıq. Özümüzə qiymər vermirik. Ofisdə oturmaqla olan iş deyil bu. Biz düzgün yolda deyilik.

Bizə adlı-sanlı məşqçi lazım deyil. Tanınmış məşqçi imic baxımından yaxşıdır. Amma baxır hansı milliyə. Bizə lazım olmasa da, AFFA rəhbərliyinə Santuş kimi məşqçilər xoşdur. Deyirlər ki, bizim məşqçimiz Santuşdur. Nə olardı Qurban Qurbanov baş məşqçi kimi qalıb işləsə idi? 6 ili Qurbanovla itirərdik, amma bilərdik ki, yerli məşqçiyə güvəndik. Ona inam olmadı axı.
C.Sultanov futbolumuzun bugünkü vəziyyətdə olmasında veteran futbolçuların da günahı olduğunu, bir çoxunun doğru danışmaqdan çəkindiyini bildirib: “Biz nə qədər dibə getsək də, öz bildiyimizdən əl çəkmirik. Bizim problemimiz bilirsiniz nədədir? Bu gün pul məndədirsə, mahnını mən sifariş edirəm. Hansı mahnını çalırlarsa, ona da oyna. Ona görə çox danışmaq da istəmirəm. Çox danışanda yuxarılardakılar deyir ki, özünü ağıllı sayır. Federasiyada işləyən futbol adamı bu sözləri danışmayacaq. Amma işdən çıxaran kimi o saat danışacaqlar. Ona görə veteranlarımızda da hardasa günah var. Mən də futbol veteranıyam. Futbolumuzun bu vəziyyətə düşməyində hamının günahı var. Heç bir veteran özünü qırağa çəkib deməsin ki, mənim günahım yoxdur”.
Ramiq Ağaməmmədov
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər
“Barselona”ya fırtına əngəli
“Qarabağ” çempion olmaq istəyir” - Savo
"Sabah" - "Borussiya" matçının hakimləri açıqlandı
Emilianonun çənəsi qırılıb - Şəkil
"Fənərbaxça"nın böyükhesablı qələbəsi - Video
"Barselona" və "Atletiko" qalib gəldi
"Fənərbaxça"dan böyükhesablı qələbə
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı