Bu gün futbol üzrə Azərbaycan milli komandası Millətlər Liqasının son - 6-cı turunda İsveçə 0:6 hesabı ilə uduzub.
QOL.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız qrupu 1 xalla sonuncu - 4-cü pillədə başa vurub.
Daha öncədən yazdığımız kimi, C liqasında qrup sonuncusu olan 4 komandadan daha pis nəticə göstərən 2-si D liqasına birbaşa düşür. Yarışın Əsasnaməsinə görə, D liqasının 2 ən güclü komandası isə C liqasına yüksəlir. C liqasında qrup sonuncusu olan ən yaxşı nəticəyə malik 2 milli isə D liqasının 2 qrup ikincisi ilə 2 matçdan ibarət pley-off görüşü keçirəcək (evdə və səfərdə).
Azərbaycan millisi C liqasında ən pis nəticəyə malik komandalardan biri kimi birbaşa D liqasına düşüb. D liqasına birbaşa yuvarlanan digər komanda isə Litvadır (6 oyun, 0 xal).
Latviya və Lüksemburq isə D liqasının 2 qrup ikincisi ilə - Malta və Cəbəllütariqlə 2 matçdan ibarət pley-off görüşü keçirəcək.
Azərbaycan yığması budəfəki Millətlər Liqasının qrup mərhələsində cəmi 3 qol vurub, 17 qol buraxıb. Bugünkü oyunadək komanda Slovakiyaya 1:3 və 0:2 hesabı ilə uduzub. Millimiz Estoniya ilə ilk görüşdə 1:3 hesabı ilə məğlub olub, son matçında 0:0 hesablı heç-heçə edib. Həmçinin Azərbaycan İsveçlə ilk görüşündə 1:3 hesabı ilə uduzub.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”