"Türkiyə ilə oyuna yaxşı hazırlaşmışıq. Xal və ya xallar alacağımıza ümidliyik".
QOL.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin futbolçusu Marko Yankoviç UEFA Mİllətlər Liqasının B Liqasının 6-cı turunda sabah Türkiyə ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
"Qarabağ"ın yarımmüdafiəçisi rəqiblərinin A Liqasına yüksəlməyə layiq olduğunu bildirib: "Qələbə və bəlkə də heç-heçə Türkiyəyə A Liqasında vəsiqə qazanmaq üçün kifayət edəcək. Düşünürəm ki, Türkiyə millisi A Liqasında oynamağa layiqdir. Qrupda ən yaxşı futbolu onlar oynayırlar. Bir millidə "Real", "Yuventus", "İnter", "Benfika", "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" kimi klubların futbolçuları çıxış edirsə, o komanda A Liqasına yüksəlməyə layiqdir. Çox yaxşı komandadır. Biz əlimizdən gələni edəcəyik, amma çox çətin bir oyun olacaq. Çünki rəqibin gücü bəllidir".
Qeyd edək ki, sabah keçiriləcək Monteneqro - Türkiyə oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq. Hazırda Türkiyə millisi 11 xalla qup lideridir. Beş oyunun hamısında uduzan Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro isə sonuncudur.
Mbappe 500-ə çatdı
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
"Bu məğlubiyyət daha acı oldu" - Zaur Həşimov
"Real" Vinisius məsələsində geri çəkilmək istəmir
Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?
"Şamaxı" - "Şəfa" oyununun heyətləri müəyyənləşdi
"Çelsi"nin kapitanı dizindən əməliyyat olundu