“Diqqətsizlik ucbatından qapımızda erkən qol gördük. Qoldan sonra toparlanmağa çalışdıq. Lakin hesabı bərabərləşdirməyi bacarmadıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”la oyunsonrası mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Hans Yurgen Gede deyib. Almaniyalı mütəxəssis oyuna tam nəzarət etdiklərini də bildirib: “Hesabı bərabərləşdirmək üçün çox çalışdıq. Xüsusən də Atemin 2 əlverişli şansı var idi. Lakin o, həmin epizodların heç birində dəqiq oynaya bilmədi. “Qarabağ” da çox güclü komandadır. Bu cür komandaya qarşı oynamaq çox çətindir. Bununla belə, məğlubiyyəti unudaraq, diqqətimizi qarşıdakı matçlara yönəltməliyik”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi